Azərbaycanda 34 min adam BU XƏSTƏLİKDƏN ÖLÜB

Azərbaycanda  34 min adam BU XƏSTƏLİKDƏN ÖLÜB
19:05 20 İyun 2017
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ötən il Azərbaycanda 56 648 nəfər dünyasını dəyişib ki, bu da 2015-cü illə (54 697) müqayisədə çoxdur.

Ötən il dünyasını dəyişənlərin 34 093-ü (2015-ci ildə 32 825 nəfər) qan dövranı sistemi xəstəliklərindən, 8 252-i (2015-ci ildə 7 278 nəfər) yenitörəmələrdən, 1 815-i (2015-ci ildə 1 712 nəfər) tənəffüs orqanları xəstəliklərindən, 2 731-i (2015-ci ildə 2 646 nəfər) travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölüb.

Əhalinin hər 100 000 nəfərinə düşən bütün səbəblərdən ölənlərin sayı üzrə də artım qeydə alınıb. Belə ki, 2016-cı ildə hər 100 min nəfər arasında 587,8 ölüm halı qeydə alınıbsa, 2015-ci ildə bu göstərici 574,0 olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR