Aviaşirkətlərin REYTİNQİ açıqlandı - “Qatar Airways” 1-ci, sonuncu kimdir?

Aviaşirkətlərin REYTİNQİ açıqlandı - “Qatar Airways” 1-ci, sonuncu kimdir?
19:15 20 İyun 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Qatar Airways" aviaşirkəti yüz ən yaxşı aviadaşıyıcı arasında birinci yeri tutaraq "World Airline Awards" mükafatına layiq görülüb.

Trend-in məlumatına görə, Qətər aviaşirkəti bir neçə nominasiyada, o cümlədən "Ən yaxşı biznes-klass" və "Yaxın Şərqin ən yaxşı aviaşirkəti" nominasiyalarında mükafat alıb. Şirkət ötənilki reytinqdə 2-ci yerdə qərarlaşmışdı

Siyahıda ilk üçlükdə Sinqapurun "Singapore Airlines" və Yaponiyanın "All Nippon Airways" aviaşirkətləri qərarlaşıb.

Türkiyənin "Turkish Airlines" şirkərti 12-ci (ötən il 7-ci) , Rusiyanın "Aeroflot"u isə 30-cu yerdə (ötən il 40-cı) qərarlaşıb.

2016-cı ildə reytinqin lideri olmuş "Emirates" aviaşirkəti bu il 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, sonuncu yerdə Meksikanın "Aeromexico" aviaşirkəti qərarlaşıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2768832.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR