"Neftçi"nin hazırlıq planları bəllidi

"Neftçi"nin hazırlıq planları bəllidi
19:17 20 İyun 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi”nin 2017/18 mövsümünə hazırlıq planı bəllidi. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, iyunun 24-də və 25-də tibbi baxışdan keçəcək "ağ-qaralar" 26-da Bakıda 3 mərhələli toplanışa start verəcək.



 Bu ayın 23-dək davam edəcək hazırlıq prosesində 4 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub. İyulun 12-də "Kəpəz”lə qarşılaşacaq "Neftçi”nin gələn ayın 15-də, 19-da və 22-də qarşılaşacağı rəqiblərin adları dəqiqləşməyib.


İyulun 24-dən hazırlığa Avstriyanın Kirxdorf bölgəsində davam edəcək Bakı təmsilçisi 26-da Almaniyanın "Şalke” klubu ilə yoxlama oyunu keçirəcək. Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2-də və ya 3-də baş tutacaq. "Neftçi” avqustun 4-də Avstriyadakı hazırlığı başa vuraraq Bakıya qayıdacaq.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquotnin-hazrlq-planlar-bllidi-t58811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR