Meksikanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Meksikanın Azərbaycandakı səfiri Milli Məclisdə olub
19:17 20 İyun 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Milli Məclisdə olub, Azərbaycan parlamentinin sədr müavini Valeh Ələsgərov ilə görüşüb. 
Səfirlikdən "Report"a verilən məlumata görə, görüşdə parlamentlərarası dostluq qruplarının rolu, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq qeyd olunub. Bu xüsusda, bir çox ölkələrin qanunverici orqanları arasında əlaqələrin möhkəmlənməsinə töhfə verən Parlamentlərarası İttifaqın vacibliyi vurğulanıb.
Qeyd edilib ki, bu gün hər iki ölkə müvafiq regionlarda əhəmiyyətli rola malikdir və bir çox sahələr üzrə onların oxşar cəhətləri mövcuddur: energetika, mədəniyyət, turizm və s. Zəngin neft-qaz yataqlarının mövcudluğu və bu sektorun inkişafı ikitərəfli əməkdaşlıq üçün maraq doğurur. Bundan əlavə, Meksika və Azərbaycan minilliklər mədəniyyəti olan ölkələrdir. Bu amil hər iki xalqa məxsus bəzi mədəni nümunələrin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs kimi elan olunmasına imkan yaradıb, eləcə də, turizm sahəsinin inkişafına töhfə verib. 
Xatırladaq ki, Azərbaycan və Meksika  arasında diplomatik münasibətlər 1992-ci il fevralın 10-da qurulub. Azərbaycanın və Meksikanın səfirlikləri müvafiq olaraq 2007 və 2014-cü illərdə fəaliyyətə başlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/meksikanin-azerbaycandaki-sefiri-milli-meclisde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR