BMT-nin baş katibindən ÇAĞIRIŞ: "Qaçqınların hüquqlarını müdafiə edin"

BMT-nin baş katibindən ÇAĞIRIŞ: "Qaçqınların hüquqlarını müdafiə edin"
19:22 20 İyun 2017
22 Dünya
Ölkə mətbuatı
A- A+

"Bütün dünyada qaçqınlara dəstək göstərmək və onların hüquqlarını müdafiə etmək lazımdır".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş iyunun 20-də qeyd olunan Ümumdünya qaçqınlar günü münasibətilə müraciətində deyib.

Müraciət 8 dildə yayılıb.

A.Quterreş qeyd edib ki, daha az imkanlara malik ölkələr qaçqınlara daha çox yardım göstərir: "Gəlin birgə səylərlə hər bir insana daha yaxşı gələcək qurmasına kömək göstərək".

Qeyd edək ki, BMT-nin hesabatına əsasən, 2016-ci ildə məcburi köçkünlərin sayı 65,6 milyon nəfərə çatıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR