Azərbaycan və Meksika parlamentlərarası əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Meksika parlamentlərarası əməkdaşlığı müzakirə ediblər
19:29 20 İyun 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Milli Məclisdə sədr müavini Valeh Ələsgərov ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşün əvvəlində tərəflər ikitərəfli münasibətlərə, xüsusən də, hər iki ölkənin qanunverici orqanları arasında əlaqələrə ümumi baxış keçirib.

Parlamentlərarası dostluq qruplarının rolu, eləcə də, beynəlxalq təşkilarlar çərçivəsində əməkdaşlıq qeyd olundu. Bu xüsusda, bir çox ölkələrin qanunverici orqanları arasında əlaqələrin möhkəmlənməsinə töhfə verən Parlamentlərarası İttifaqın vacibliyi vurğulanıb.

Qeyd edək ki, Azərbaycan və Meksika arasında diplomatik münasibətlər 10 fevral 1992-ci il tarixində qurulub. Azərbaycanın və Meksikanın səfirlikləri, müvafiq olaraq, 2007-ci və 2014-cü illərdə fəaliyyətə başlayıb.

Bugün hər iki ölkə müvafiq regionlarda əhəmiyyətli rola malikdir və bir çox sahələr üzrə onların oxşar cəhətləri mövcuddur: energetika, mədəniyyət, turizm və s. Zəngin neft-qaz yataqlarının mövcudluğu və bu sektorun inkişafı ikitərəfli əməkdaşlıq üçün maraq doğurur. Bundan əlavə, Meksika və Azərbaycan minilliklər mədəniyyəti olan ölkələrdir. Bu amil hər iki xalqa məxsus bəzi mədəni nümunələrinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs kimi elan olunmasına imkan yaradıb, eləcə də, turistik sektorun inkişafına töhfə verib. Hal-hazırda, Meksikanın və Azərbaycanın ziyarətçiləri bu ölkələrdə olduqları zaman gözəl və unudulmaz mənzərələr, vacib tarixi abidələr, özünəməxsus adət-ənənələr, milli mətbəx və digərlərindən həzz ala bilərlər. Bu cür oxşarlıqların tapılması və təcrübə mübadiləsi xalqlar arasında tanıtım və yaxınlaşmaya gətirir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2768836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR