Deputat: “Tramp və Poroşenkonun görüşü Ukrayna üçün biabırçılıqdır”

Deputat: “Tramp və Poroşenkonun görüşü Ukrayna üçün biabırçılıqdır”
19:38 20 İyun 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

“Donald Tramp və Pyotr Poroşenkonun görüşü Ukrayna üçün biabırçılıqdır”.

Publika.az xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenkonun amerikalı həmkarı Donald Trampla görüşünün formatını şərh edən Ali Radanın üzvü Sergey Vlasenko deyib.

“Əslində onlara Trampın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Herbert Makmaster və vitse-prezident Maykl Pens qoşulacaqlar. Heç bir ikitərəfli görüş olmayacaq. Görüşün belə formatı alçaldıcıdır və Ukraynanın beynəlxalq imicinə zərər vurur”, - “Batkivşina” partiyasının nümayəndəsi qeyd edib.

Ukraynalı deputat Poroşenkonun Trampla görüşünü təsvir etməyə çalışıb: “Oval kabinetdə Tramp milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Makmasterlə oturur. Məsələn, Suriya və ya Koreya Xalq Demokratik Respublikası ilə bağlı məsələləri müzakirə edir. Qapılar açılır. Vitse-prezident Pens, onun arxasınca Poroşenko daxil olur. Qısa söhbət zamanı Tramp deyəcək ki, Ukraynanı dəstəkləyir və prezidentlər birgə foto çəkdirəcəklər. Poroşenko və Trampın görüşü formal olacaq, dövlət başçıları yalnız bir-birinin əllərini sıxacaqlar və hər kəs öz işləri ilə məşğul olmağa davam edəcək”.

Qeyd edək ki, Trampla Poroşenkonun görüşü bu günə nəzərdə tutulub.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR