Məşhur müğənni oliqarxın dəvəti ilə Monakoda əylənir - FOTO

Məşhur müğənni oliqarxın dəvəti ilə Monakoda əylənir - FOTO
19:52 20 İyun 2017
159 Şou
Ölkə mətbuatı
A- A+

"Dom" adlı realiti-şounu apardıqdan sonra Rusiyanın məşhur simalarından birinə çevrilən müğənni Olqa Buzova Monakoya istirahətə yollanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 31 yaşlı ifaçı bahalı otellərdən birinə şəxsi təyyarə ilə gedib. Olqanın paylaşdığı fotolardan aydın olur ki, o, ən bahalı restoranlarda yeyir, gecə klublarında əylənir.

Buzova bütün şəkillərini "Çox sağ ol", "Buna ehtiyacım var idi" heşteqləri ilə paylaşır.
Məlumata əsasən, sənətçi Monakoya evli oliqarx Andrey Melniçenkonun dəvəti ilə gedib. 

Haqqında yayılan xəbərlərə Olqa hələ ki, heç bir münasibət bildirməyib.

Qeyd edək ki, O.Buzova ötən ilin dekabrında "Lokomotiv" futbol klubunun oyunçusu Dmitri Tarasovdan boşanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/556116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR