Mourinyo da vergidən yayınmaqda ittiham olunur

Mourinyo da vergidən yayınmaqda ittiham olunur
20:12 20 İyun 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Dünya futbolunda vergidən yayınan tanınmış simaların sayı günü-gündən artır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, son olaraq "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonun vergidən yayındığı xəbəri yayılıb.

Bu barədə məlumatı dərc edən "Reuters" agentliyi portuqaliyalı mütəxəssisin hələ "Real"da çalışarkən buna əl atdığını yazıb. Xəbərdə Mourinyonun İspaniyada 3,3 milyon avroluq vergidən yayındığı vurğulanıb. Məsələ ilə bağlı araşdırmalara start verilib.
 
Qeyd edək ki, Joze Mourinyo 2010-2013-cü illərdə "Real"ı çalışdırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR