Rusiyanın dövlət avroistiqrazlarına tələb 6 mlrd. dolları ötüb

Rusiyanın dövlət avroistiqrazlarına tələb 6 mlrd. dolları ötüb
20:12 20 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ Beynəlxalq bazarlara 2 tranşda təklif edilən Rusiya dövlət avroistiqrazlarına məcmu tələb 6 mlrd. ABŞ dollarını ötüb. 
"Report" "Reuters"ə istinadən xəbər verir ki, Rusiya avroistiqrazlarına təkliflərin qəbulu bu gün axşam bitir.
Avroistiqrazlar 4,25% gəlirliliyə sahib 10 illik və 5,25% gəlirliliyə sahib 30 illik tranşlar halında yerləşdiriləcək. 
Qeyd edək ki, Rusiyanın 2017-ci il dövlət büdcəsi haqqında qanununda xarici bazarlardan 3 mlrd. ABŞ dollarına qədər həcmdə borc almağa icazə verilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiyanin-dovlet-avroistiqrazlarina-teleb-6-mlrd-dollari-otub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR