Türkiyə Qətərə əlavə yardım göndərəcək (ÖZƏL)

Türkiyə Qətərə əlavə yardım göndərəcək (ÖZƏL)
20:15 20 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Qətərə 15 min ton həcmində əlavə ərzaq yardımı göndərəcək.

Bu barədə Trend-ə Türkiyə İqtisadiyyat Nazirliyindən bildiriblər.

Nazirlikdən deyiblər ki, Qətərə əlavə yüklərin iki gəmi ilə göndəriləcəyi gözlənilir.

Qeyd olunub ki, Türkiyə indiyədək Qətərə ərzaq yüklənmiş 90 təyyarə göndərib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra digər ölkələr Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2768472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR