Səmərqənddə Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinə dair elmi konfrans keçirilib

Səmərqənddə Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinə dair elmi konfrans keçirilib
20:27 20 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ Özbəkistanın Səmərqənd Dövlət Universitetində Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinə dair elmi konfrans keçirilib.
Bu barədə "Report"a Azərbaycanın Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycan Mədəniyyət günləri” çərçivəsində keçirilən konfrans Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı, Səmərqənd Dövlət Universitetinin, Azərbaycan diaspor təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutub.
Konfransda Səmərqənd Dövlət Universitetinin, habelə Daşkənddəki Nizami adına Dövlət Pedaqoji Universitetinin, Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin müəllim və professorları, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri iştirak ediblər. 
Tədbiri Səmərqənd Dövlət Universitetinin birinci prorektoru Alişer Eşdayev açaraq Özbəkistanla Azərbaycanının ədəbi-mədəni əlaqələrinin tarixinin qədim dövrlərə təsadüf etdiyini, xalqlarımızın bir-birinə tarixi yaxınlığı, qohumluq əlaqələri, dil, mədəniyyət, musiqi, eyni dinə sitayiş etmələri bu əlaqələri daha da dərin və möhkəm etdiyini söyləyib. 
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qədim dövrlərdən başlanan və bugün də uğurla davam edən Özbəkistan-Azərbaycan əlaqələri haqqında məlumat verib, bu əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Özbəkistanın birinci prezidenti İslam Kərimovun xidmətlərini qeyd edib. O, çıxışının sonunda ali kitabxanasına Azərbaycan Mədəniyyət Mərkəzi adından “İrəvan xalçaları” kitabını hədiyyə edib. 
Tədbirdə Özbəkistanın və Tacikstanın əməkdar artisti Asadulla Ataullayev Azərbaycan şairi Məhəmməd Füzulinin əsərlərindən tarda ifa edib. 
Tədbirin sonunda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycana dair hazırlanmış kitab kolleksiyası Səmərqənd Dövlət Universitetinə hədiyyə edilib.




Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/semerqendde-azerbaycan-ozbekistan-edebi-medeni-elaqelerine-dair-elmi-konfrans-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR