"Kaş, Ronaldu argentinalı olaydı" - Maradona

"Kaş, Ronaldu argentinalı olaydı" - Maradona
20:32 20 İyun 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona "Real"ın hücumçusu Kriştianu Ronaldu haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ölkəsinin mətbuatına  açıqlama verən veteran futbolçu 32 yaşlı hücumçunu vəhşi qurda bənzədib:

"Ronaldu son zamanlar əla formadadı, tam başqa bir səviyyədə futbol oynayır. O, vəhşi qurd kimidir! Kaş, Ronaldu argentinalı olaydı".

D. Maradona portuqaliyalı futbolçunu "Barselona"nın ulduzu Messi ilə müqayisə edib:

"Ronaldunu Argentina milli komandasında görmək istərdim. Amma ikisi arasında seçim qarşında qalsaydım, Messiyə üstünlük verərdim. O, futbol oynamaqdan zövq alır və rəqiblərini asanlıqla keçir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR