8-ci mərtəbədən yıxılan qadın bəxt nəticəsində sağ qaldı - FOTO

8-ci mərtəbədən yıxılan qadın bəxt nəticəsində sağ qaldı - FOTO
20:52 20 İyun 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın liman şəhəri Mariupolda baş verən olay görənləri qorxudub.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, binanın yeddinci mərtəbəsində eyvanın dəmirlərindən asılı qalan qadını görənlər gözlərinə inanmayıblar. Bina sakinləri dərhal təcili yardım və xilasetmə qrupuna xəbər veriblər.

Hadisə yerinə gələn xilasetmə əməkdaşları yaşlı qadını sağ-salamat aşağı endirə biliblər.

Binanın səkkizinci mərtəbəsində qaldığı öyrənilən qadının yoldan keçən küçə musiqiçilərinə baxmaq üçün eyvanda uzandığı və o məqamda tarazlığını itirərək yıxıldığı öyrənilib.

Paltarı möcüzə nəticəsində alt mərtəbənin eyvanının dəmirlərinə ilişən qadın ölümdən dönüb.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR