Misir polisi İskəndəriyyə yaxınlığında üç terrorçunu məhv edib

Misir polisi İskəndəriyyə yaxınlığında üç terrorçunu məhv edib
20:52 20 İyun 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ Misir polisi İskəndəriyyə şəhərinin yaxınlığında "Müsəlman qardaşları" hərəkatının qolu sayılan "Xəsm" terror qruplaşmasının üç üzvünü məhv edib.
"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Axtarışa verilmiş terrorçular İskəndəriyyənin yaşayış məntəqələrinin birində mənzildə gizlənirlərmiş.
Terrorçular silahdan atəş açmağa və polisdən yayınmağa cəhd etdikdə qanun keşikçiləri onlara atəş açmaq qərarına gəliblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/misir-polisi-i-skenderiyye-yaxinliginda-uc-terrorcunu-mehv-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR