Aİ Türkiyə, İordaniya və Livana 90 milyon avro ayırdı

Aİ Türkiyə, İordaniya və Livana 90 milyon avro ayırdı
20:57 20 İyun 2017
26 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı (Aİ) Livan, İordaniya və Türkiyədə sığınacaq tapan suriyalı qaçqınlara kömək məqsədilə 90 milyon avro ayırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Beynəlxalq Qaçqınlar Günü münasibətilə ayrılan ianə həmin ölkələrə və təşkilatlara minlərlə uşaq və gəncin təhsil, peşə hazırlığı və psixoloji yardımı üçün nəzərdə tutulub.

Məlumata görə, ümumilikdə indiyə qədər Aİ-nin bu istiqamətdə ayırdığı maliyyə vəsaitinin həcmi 200 milyon avro təşkil edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR