Portuqaliyada yanğın - Əhali təxliyə edilir

Portuqaliyada yanğın - Əhali təxliyə edilir
21:05 20 İyun 2017
27 Dünya
Ölkə mətbuatı
A- A+

Portuqaliyanın Qoyş rayonunda yanğınlar nəticəsində 27 yaşayış məntəqəsinin əhalisi köçürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yanğının tezliklə söndürüləcəyi gözlənilsə də, havanın isti və küləkli olması alovun qarşısını almağa imkan vermir. Eyni zamanda qatı tüstü yanğınsöndürən təyyarələrin işinə mane olur.

Gün ərzində 4,5 min sakinin təxliyə edilməsi gözlənilir.

Qeyd edək ki, ölkənin Pedroqan-Qrandi rayonunda yanğında 60 nəfər ölüb. Yanğınla mübarizəyə 2,2 min yanğınsöndürən cəlb edilib. İspaniya, İtaliya və Fransa da Portuqaliyaya yardım üçün təyyarə və canlı qüvvə göndəriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR