Azərbaycanda mənzillərin kirayəsi bahalaşıb

Azərbaycanda mənzillərin kirayəsi bahalaşıb
21:12 20 İyun 2017
Ölkə mətbuatı
A- A+

Cari ilin may ayında Azərbaycanda mənzillərin kirayə haqqı 1,2% bahalaşıb və kirayə haqqı bir xidmət üzrə orta aylıq 93,67 manat təşkil edib.
Milli.Az "Report"a istinadən bildirir ki, kirayə haqqı yanvarda 3,5%, fevralda 0,1%, martda 1,2% bahalaşsa da, aprel ayında dəyişməz qalıb.
Qeyd edək ki, bu ilin mayında aprel ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətlərində 0,2%, o cümlədən qeyri-ərzaq məhsullarının qiymətlərində 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 2,1% artım, ərzaq məhsullarının qiymətlərində isə 1,3% azalma qeydə alınıb.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/556130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR