Məktəbə tez başlamaq istəyirlər - VİDEO

Məktəbə tez başlamaq istəyirlər - VİDEO
21:17 20 İyun 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri üzrə birinci sinfə şagird qəbulunun ikinci mərhələsinə start verib. Müsahibə şəklində aparılan imtahanda körpə fidanlar həyəcanlı anlar yaşayıb. Ümümilikdə ikinci mərhələ üçün 44 mindən çox uşaq qeydiyyatdan keçib.

Kiminin əlində şar, kiminin əlində imtahana buraxılış vərəqəsi. Kimi isə sevincək valideyninə şad xəbərə qaçır. Bu gün onlar həyatlarında ilk imtahanını verib
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Bakı şəhəri üzrə birinci sinfə şagird qəbulunun II mərhələsinə start verilib. 6 yaşı sentyabr ilə dekabr ayları aralığında tamam olacaq uşaqlardan ümumi, nitq, hesablama və məntiqdən müsahibə götürülüb .
Balaca fidanlar üçün ilk imtahan olan müsahibə maraqlı anlarla yadda qalıb. Əksəriyyəti isə biliklərinə o qədər güvənir ki, hətta maksimum balı yığdığı iddiasındadır.
Valideynlər də övladlarının imtahanla məktəbə vaxtından biraz tez qəbul edilməsinin tərəfindədirlər. Onlar bunun uşaq üçün də çox faydalı olacağı qənaətindədirlər.
Bakı şəhəri Təhsil İdarəsindən bildirdilər ki, indiyədək birinci sinfə şagird qəbulu ilə bağlı elektron sistem vasitəsilə 44 mindən çox uşaq qeydiyyatdan keçib. Bu isə ölkə üzrə birinci sinifə başlayacaq agirdlərin 95 faizini təşkil edir. Müsahibənin cavabları tezliklə sms vasitəsi ilə valideynlərə bildiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Məktəbə tez başlamaq istəyirlər


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556133.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR