Evlənmək istəyənlərdə aşkarlanan - QORXUNC xəstəliklər - VİDEO

Evlənmək istəyənlərdə aşkarlanan - QORXUNC xəstəliklər - VİDEO
21:22 20 İyun 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

2015-ci ildən bəri icbari tibbi müayinə nəticəsində nikaha daxil olmaq istəyən 203 cütlükdə qiçs xəstəliyi aşkarlanıb. Təkcə bu il bu xəstəliyin aşkarlandığı cütlüklərin sayı 40-dır. Bundan başqa, bu il ərzində 217 cütlükdə siflis, 1500 cütlükdə isə talassemiya xəstəliyi aşkarlanıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  Azərbaycanda nikaha daxil olmaq istyənlərin icbari tibbi müayinəsi nəticəsində aşkar olunan QİÇS-li xəstələrin sayı 203 nəfərə çatıb. Təkcə bu il ərzində müraciət edən cütlüklərdən 40-da QİÇS virusu aşkarlanıb.
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan verilən məlumata görə, bu il ərzində siflis və talassemiya xəstəlikləri də aşkarlanıb.
2015-ci ildən olan statistik məlumata görə isə, evlənmək üçün müayinədən keçən 27 min 983 nəfərdən 11 min 773 nəfərdə talassemiya, 1101 nəfərdə isə siflis aşkarlanıb.
Qeyd edək ki, cütlüklər virus daşıyıcısı olduğu halda onlar daim nəzarətdə saxlanılır, müayinə və müalicələrə cəlb edilirlər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR