Bakıda evlərdən qızıl oğurlayan dəstə üzvləri tutuldu - VİDEO

Bakıda evlərdən qızıl oğurlayan dəstə üzvləri tutuldu - VİDEO
21:22 20 İyun 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabunçu Rayon Polis İdarəsi (RPİ) 13-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri keçiriblər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, tədbilər nəticəsində müxtəlif vaxtlarda Bakıxanov qəsəbəsində 7 fərdi yaşayış evində qeyri-aşkar şəraitdə törədilən oğurluq cinayətinin üstü açılıb. Oğurluq etməkdə şübhəli bilinən Astara rayon sakini əvvəllər məhkum olunan Amir Nəsirov, Cəlilabad rayon sakini Rəsayil Bəşirov, paytaxt sakinləri Qafur Quliyev və Elmar Nəzərov saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri oğurluq etdikləri mənzillərdən əsasən pul və qızıl-zinət əşyaları götürüblər. Sonuncu dəfə isə saxlanılan şəxslər Bakıxanov qəsəbəsindəki evlərdən birindən içərisində 1200 avro və 200 ABŞ dolları olan seyf və ümumi dəyəri 40000 (qırx min ) manat olan qızıl-zinət əşyaları oğurlayıblar.

Dəstə üzvləri oğurluq yolla əldə etdikləri zinət əşyalarını paytaxtda yerləşən müxtəlif qızıl qəbulu məntəqələrinə satandan sonra əldə etdikləri pulu aralarında bölüblər.

Qeyd edilən faktlarla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər cinayətlərdə iştiraklarının olduğunu da istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Sabunçu RPİ-nin 13-cü PB-nə müraciət edə bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda evlərdən qızıl oğurlayan dəstə üzvləri tutuldu


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556138.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR