Evdən 4 min manatlıq oğurluq - VİDEO

Evdən 4 min manatlıq oğurluq - VİDEO
21:22 20 İyun 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük savxozu ərazisində ev yarılıb. Gecə saatlarında oğrular evin pəncərəsinin dəmir barmaqlıqlarını kəsib çıxardaraq, evdən oğurluq ediblər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, naməlum şəxslər evi qarət edib, pəncərini qıraraq mənzildəki əşyaları aparıblar.
Hadisə gecə saatlarında Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu ərazisində qeydə alınıb. Naməlum şəxslər evin boş olmasını fürsət bilərək pəncərənin dəmir barmaqlıqlarını çıxarıblar və içəri daxil olublar. Pəncərədən çıxara biləcəkləri qədər ev əşyasını götürərək aradan çıxıblar.
Oğrular bundan əlavə, evdəki əşyalara da zərər vuraraq götürə bilmədiklərini dağıdıb töküblər.
Hazırda Sabunçu rayon polis idarəsinin 12-ci polis bölməsində fakt ilə bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Evdən 4 min manatlıq oğurluq


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR