"Minsk anlaşması icra edilməsə, sanskiyalar ləğv olunmayacaq"

ABŞ hökuməti Donbassda baş verənlərlə bağlı yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, Rusiya və Ukraynadan ümumiyyətlə 38 şəxsə qarşı sanksiyalar tətbiq olunacaq.

"Bu tədbirlər sayəsində Rusiyaya qarşı təzyiqi qoruyub saxlamağı planlaşdırırıq. ABŞ Ukraynanın müstəqilliyinə zəmanət verən diplomatik prosedura sadiqdir. Rusiya Minsk anlaşmasını icra etməyənə qədər sanskiyalar ləğv olunmayacaq", - deyə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR