Gilasdı, bəsdi...

Gilasdı, bəsdi...
21:52 20 İyun 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Təkcə yaraşıqlı və cəlbedici görkəmi ilə deyil, həm də sağlamlıq əhəmiyyətinə görə gilas çox faydalı meyvələrdən hesab olunur. Oduncağından xarratlıq məmulatları, nazik budaqlarından isə qəlyan çubuqları hazırlanır. Arıçılar onun çiçəklərini çox balverən məhsul kimi də yüksək dəyərləndirirlər. Arılar 1 hektar çiçəkləyən gilas sahəsindən 35-40 kiloqram bal istehsal edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, gilasın sulu və tumlu meyvələrinin tərkibində orqanizmdə qocalığı ləngidən və həzm sistemini yüksək səviyyəyə çatdıran antioksidantlarla zəngindir.

Mədə-bağırsaq, sidik yolları xəstəliklərində, həmçinin iştahartırıcı pəhriz qidası kimi çox xeyirlidir. Meyvə və şirəsi qaraciyər xəstəliklərində müalicə vasitəsi kimi tətbiq edilir, xroniki mədə-bağırsaq sistemi xəstəliklərində həzm prosesini yaxşılaşdıran və maddələr mübadiləsini tənzim edən vasitə kimi istifadə olunur.

Gilasın saplağı həzm problemi olanlar üçün faydalıdır. Bunun üçün saplaqlar yuyulub qurudulur və suda qaynadılaraq içilir. Həddindən artıq içiləndə ishal və qarın ağrısına səbəb olur, ona görə qədərində içilməlidir.

Diyetoloqların fikrincə, gilas qan damarlarını təmizləyir və möhkəmləndirir, qanda xolesterini azaldır, orqanizmdən artıq mayeni çıxarır. Varikoz xəstəliyi və anemiyadan əziyyət çəkənlər üçün xüsusilə xeyirlidir. Sarı gilasda qlükozanın miqdarı çox olduğuna görə diyetoloqlar onu diabet xəstələrinə məsləhət görmürlər. Allergiyadan əziyyət çəkənlər də qırmızı gilas yeməkdən imtina etməlidirlər.

Gilası qida qəbulundan dərhal sonra yox, yeməkarası qəbul etmək daha yaxşıdır.

El arasında:" Gilasdı, bəsdi..." ifadəsi təsadüfən işlədilmir. Məsələ burasındadır ki, gilas meyvəsi xeyirli olsa da, onun çox qəbul edilməsi mədə-bağırsaq sistemində meteorizm, yəni köpmə yarada bilər. Qədərindən artıq gilas yeyilməsi spazmaya da səbəb olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/555417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR