Prezident iftar mərasiminə qatıldı

Prezident iftar mərasiminə qatıldı
21:54 20 İyun 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

 

Lent.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

 

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

 

Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs “Qurani-Kərim”in nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə prezident İlham Əliyevə və qonaqlara dərin minnətdarlığını bildirib.

 

Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete çıxış ediblər.

 

Dövlətimizin başçısı mərasimdə nitq söyləyib.

 

Sonra iftar süfrəsi açılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277452

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR