“Doktor Kim” dünyasını dəyişdi

“Doktor Kim” dünyasını dəyişdi
22:05 20 İyun 2017
Ölkə mətbuatı
A- A+

Britaniyalı aktyor və aparıcı Brayn Kent Londonda dünyasını dəyişib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Aktyorun 83 yaşı var idi. Qeyd edilir ki, Kent uzun müddət parkinson xəstəliyindən əziyyət çəkirdi. Aktyor qocalar evində ölüb.

Brayn Kent 1933-cü ildə İpsuiçdə anadan olub. Böyük Britaniyada o, uşaq verilişlərinin aparıcısı kimi məşhurdur. Aktyor 1960-cı illərdə "Doktor Kim" serialında bir neçə epizodik rol ifa edib. O, həmçinin elmi-fantastik "Doktorların on illiyi" (2010) və qısametrajlı "Dalekin yazıları" (2006) filmində çəkilib.          

Bundan başqa Kent "Kreyn", "Qəza", "Dramarama" və "Həkimlər" serialında çəkilib. 2010-cu ildə Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) xüsusi mükafatına layiq görülüb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/555800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR