Gilasın faydaları

Gilasın faydaları
22:12 20 İyun 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Orqanları hüceyrə zədələnməsinə qarşı qoruyan gilas, C, A, K vitaminləri ilə fosfor, dəmir və kalsium kimi minerallar baxımından zəngin bir nemətdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, həzm problemi olanların albalı istehlak etməsini təklif edən mütəxəssislər, digər faydalarını isə belə sadalayıblar.
Yay mövsümünün sevilən meyvələrindən sayılan gilas, əsl şəfa mənbəyi sayılır. Sağlamlığa bir çox faydası olan gilasın afrodiziak təsiri də cinsi problemləri olanlara effektli təsir bağışlayır.
 
Yatmazdan bir neçə saat əvvəl gilas yesəniz əskik olan melatonin tamamlanır və yuxuya getmək rahat olur.
 
100 qram gilas 60 kaloridən ibarətdir. Qida lifi ilə zəngin olan bu meyvə çəki vermək istəyənlərə tövsiyə olunur. Diabet təhlükəsini azaldır. Dərini mühafizə edir, yaşlanma əlamətlərini gecikdirir. Antioksidant təsiri ilə xərçəngə qarşı müdafiəni təmin edir. Ürək və damar sağlamlığını qoruyur. Yaşla birlikdə ortaya çıxan yaddaş problemlərini aradan qaldırır. Nevroloji xəstəliklərin görülmə riskini azaldır. İmmuniteti gücləndirərək, xəstəliklərdən qoruyur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/555409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR