Zakir Həsənov təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümümqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələrini dinləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, döyüş tapşırıqlarının aydınlaşdırılması, şəraitin qiymətləndirilməsi, ərazinin kəşfi, maket üzərində qarşılıqlı əlaqənin müəyyən edilməsi və qərarın məruzəsindən sonra qoşunların idarə olunması üzrə göstərişlər verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR