Biləsuvarda qəza: 3 nəfər xəsarət aldı

Biləsuvarda qəza: 3 nəfər xəsarət aldı
22:43 20 İyun 2017
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvar rayonunda iki minik avtomobil toquşub.

Publika.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlar Biləsuvar şəhər sakini - 2006-ci il təvəllüdlü İsmayılov Nurlan Nizami oğlu, Sumqayıt şəhər sakinləri - 1973-cü il təvəllüdlü Mahmudov Yaşar Adışirin oğlu, 2007-ci il təvəllüdlü Mahmudov Adışirin Yaşar oğludur.

Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. N. İsmayılovun vəziyyəti ağırdır. O, cərahiyyə şöbəsinə yerləşdirilib və əməliyat olunub.

Faktla bağlı araşdırmalara başlanılıb. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/203356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR