Su hovuzlarından istifadə qaydaları

Su hovuzlarından istifadə qaydaları
22:52 20 İyun 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Hindlilərin dini məqsədlə yaratdıqları su mədəniyyətinin tarixi miladdan əvvəl 3 mininci illərə gedib çıxır, lakin bu sahədə ən yaxşı nümunə Egey mədəniyyətinə aiddir. Kütləvi istifadə üçün hamam və üzgüçülük hovuzları yaradılması isə romalılara məxsusdur. Bundan sonra türk hamamları formalaşıb. Rusiyada buxar hamamlarının yaranması, isti hamamdan sonra çay içmək və gölün soyuq suyunda üzmək ənənələri məhz həmin vaxtlardan yaranıb və indiyədək davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Çin və Yaponiyada kütləvi hamam və üzgüçülük yaşayış mədəniyyətinin bir parçasıdır. Hindistanda və Yaponiyada üzmə hovuzu və kütləvi hamamları görən ingilislər onu öz ölkələrinə aparıblar. Bundan sonra hovuzlar Avropada da yayılmağa başlayıb.

XIX əsrin 60-cı illərindən əyləncə, idman və istirahət məqsədilə üzgüçülük hovuzlarından geniş istifadə edilib. İndi əksər dünya ölkələrində dəniz və hovuzlar əsas istirahət mərkəzlərinə çevrilib. Bununla belə nəzərə almaq lazımdır ki, bir çox fəsadlara səbəb olan xəstəliklər dəniz və hovuzdan başlayır, çünki vaxtında təmizlənib dərmanlanmayan, gigiyenik cəhətdən yararsız olan hovuz sağlamlıq üçün təhlükə mənbəyi ola bilər. Çirkli hovuzlarda hepatit A və E təhlükəsi daha çoxdur, göbələk infeksiyaları, bakteriyalar, müxtəlif xəstəliklərə səbəb olan mikroorqanizmlər ağır xəstəliklərə aparıb çıxarır. Təmiz olmayan su hövzələrində üzmək yoluxucu xəstəliklər, allergiya, travmalar, əzələ dartılması və nəhayət, boğulmaya, virus, bakteriya və göbələk infeksiyası yaranmasına səbəb ola bilər. Hovuzdan kütləvi istifadə infeksiyaların yayılması baxımından risk daşıyır. Uşaqlar və həssas dərisi olanlar üçün mikroorqanizmlər daha çox zərər verə bilər. Dənizdə bu sahədə risk daha aşağıdır. Hovuzda üzərkən qulaq yolu, göz, mədə-bağırsaq xəstəlikləri, dəri və tənəffüs yolu infeksiyalarının yaranma ehtimalı çoxdur. İshal, göbələk və digər keçici dəri xəstəliyi olanların hovuza girməsi yolverilməzdir.

Hovuza girməzdən əvvəl ayaqlar antiseptik su ilə dezinfeksiya olunmalı və duş qəbul edilməlidir. Neylon çimərlik geyimi və oxşar aksesuarlardan istifadə etmək, yaş çimərlik geyimində sahildə oturmaq olmaz, sudan çıxan kimi qurulanmaq lazımdır. Qulaqda hər hansı xəstəlik olanda qulaqcıq taxılması məsləhətdir.

Çimmək üçün istifadə edilən hovuzlar vaxtaşırı təmizlənib dərmanlanmalı, xlorlama və dezinfeksiya əməliyyatları aparılmalıdır. Atmosferdən çoxlu oksigen aldığına görə dənizdə xəstəliyə yoluxma ehtimalı azdır. Dəniz suyunda duzun çoxluğu da infeksiyaya yoluxma ehtimalını azaldır. Lakin dəniz suyunun çirkli, köpüklü və rənginin yaşıllığı onun sağlamlıq üçün təhlükəli olmasına dəlalət edir. Suyu dəyişdirilməyən, gigiyenik qaydalara əməl olunmayan hovuzda qulaq, göz, dəri infeksiyaları, ishal və mədə-bağırsaq problemləri baş qaldıra bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/555418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR