“Zirə” Georgi Hacinin komandasına uduzdu

“Zirə” Georgi Hacinin komandasına uduzdu
22:52 20 İyun 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasında iştirak edəcək "Zirə" Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Ayxan Abbasovun yetirmələri "Vitorul Konstanta" ilə üz-üzə gəliblər.
 
Georgi Hacinin çalışdırdığı Rumıniya təmsilçisi ilə qarşılaşma "Zirə"nin 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib. Oyunda hesabı bakılılar açıblar. "Zirə"nin yeni transferi Orxan Əliyev 3-cü dəqiqədə fərqlənərək, komandasını hesabda önə keçirib. Lakin paytaxt təmsilçisi üstünlüyünü sona qədər qoruya bilməyib. Fasilədən sonra iki dəfə fərqlənən rumınlar yekunda qalib gələn tərəf olublar.
 
Qeyd edək ki, buna qədər Boluda 2 yoxlama görüşü keçirmiş "Zirə" əvvəlcə "İnter"ə (2:0), ardınca isə Kamerunun "Columbe Sportive" klubuna (8:0) qalib gəlib.  
 
Yoxlama oyunu
20 iyun

 
"Zirə" - "Vitorul Konstanta" - 1:2

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556148.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR