Azərbaycan neftini yenə bahalaşdı

Azərbaycan neftini yenə bahalaşdı
22:57 20 İyun 2017
Ölkə mətbuatı
A- A+

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 19-da 47,69 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 0,24 dollar/barel çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 19-da 47,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,24 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 19-da 44,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,25 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 19-da 46,15 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,13 dollar/barel çoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/556150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR