Xərçəngli hüceyrələri məhv edən maddə tapıldı

Xərçəngli hüceyrələri məhv edən maddə tapıldı
23:17 20 İyun 2017
228 Ölkə
Ölkə mətbuatı
A- A+

Xərçəng - hüceyrələrdə DNT-nin zədələnməsi nəticəsində hüceyrələrin nəzarətsiz və ya anormal şəkildə böyüməsi və çoxalmasıdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, elm adamlarının müalicəsi üçün üzərində işlədiyi xərçəng xəstəliyi, günümüzün ən mühüm sağlamlıq problemlərindən biridir.
Cənubi Koreyada, "rehmannia" adlı bitkidən, xərçəng şiş hüceyrələrini seçərək məhv edən bir maddə əldə edilərək hazırlandı.
 
Cənubi Koreya Elm və Gələcəyi Planlaşdırma Nazirliyi, bu maddənin beyin xərçəngi müalicəsində olduqca təsirli olduğunu bildirmişdir.
Tədqiqat qrupunun rəhbəri, bu araşdırma sayəsində təbii maddələr istifadə edərək xərçəng hüceyrələrini məhv edilə bildiyini, bir çox xərçəng xəstəliyi ilə yanaşı xərçəng analizlərinin də inkişaf etdirilməsinin gözləndiyini söylədi.
 
Oncoimmunology jurnalının son sayında nəşr olunan araşdrma, Cənubi Koreya Elm Nazirliyi tərəfindən dəstəklənir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/555410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR