Payızda II Bankçılıq Forumu keçiriləcək

Payızda II Bankçılıq Forumu keçiriləcək
23:27 20 İyun 2017
Ölkə mətbuatı
A- A+

Oktyabr-noyabr aylarında Bakıda II Bankçılıq Forumu keçiriləcək.

Milli.Az-a Azərbaycan Banklar Assosiasiyasından (ABA) bildirilib ki, ABA-nın iyunun 20-də keçirilən Rəyasət Heyətinin iclasında II Bankçılıq Forumunun keçirilməsinə dair fikir mübadiləsi aparılıb, forumun gündəliyi ilə bağlı təkliflər və digər məsələlər müzakirə edilib.

ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olmuşdur. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/556157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR