İŞİD-in "ali müftisi" məhv edildi

İŞİD-in "ali müftisi" məhv edildi
23:28 20 İyun 2017
28 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İŞİD-in "ali müftisi" Turk Al-Bel-əlinin məhv edildiyini xəbər verib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Koalisiya qüvvələri mayın 21-də Suriyanın Məyadin şəhərindəki bombardmanlar nəticəsində İŞİD-in qondarma ali müftisi Turk Al-Ben-əlini məhv edib" - deyə koalisiyanın xəbərində bildirilir.

Qeyd olunur ki, Al-Ben-əli əcnəbi silahlıların İŞİD-ə cəlb edilməsində, həmçinin bütün dünyanı terror aktları ilə təhrik etməkdə əsas rol oynayıb.

İŞİD terror qruplaşması hələlik xəbərə münasibət bildirməyib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR