Sabirabadda ağır yol qəza: ölənlər var

Sabirabadda ağır yol qəza: ölənlər var
23:38 20 İyun 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında, rayonun Nizamikənd kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Şaqman” markalı yük maşınının “Vaz-2106” markalı, 52-BB-692 dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində 2 nəfər ölüb. Hadisə yerinə xilasedicilər və təcili yardım maşını cəlb olunub.

Qəza zamanı “Vaz-2106 markalı avtomobildə ölənlər Saatlı rayonunun Mircəlal kəndinin sakinləridir.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/203361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR