SON DƏQİQƏ: Brüsseldə vağzalda partlayış - VİDEO

SON DƏQİQƏ: Brüsseldə vağzalda partlayış - VİDEO
23:58 20 İyun 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Belçikanın paytaxtı Brüsseldə dəmir yolu vağzalında partlayış baş verib.

Publika.az xəbər verir ki, partlayışda xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.

Yerli polis orqanları partlayışın terror hadisəsi olub-olmadığını dəqiqləşdirir.

Belçikanın Milli Dəmir Yolu Şirkətindən qeyd edilib ki, hadisə yerində qatarların hərəkəti dayandırılıb.

"Avenir" və "Libre Belgique" nəşrləri isə Belçika hərbçilərinin vağzalda naməlum kişini güllələdiklərini bildiriblər. Onun üzərində partladıcı kəmər olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR