Brüsseldə partlayış: terrorçu zərərsizləşdirildi

Brüsseldə partlayış: terrorçu zərərsizləşdirildi
01:09 21 İyun 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

Brüsselin mərkəzi vağzalında hərbçilər partlayış törədən şəxsi zərərsizləşdiriblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, məlumat Belçika prokurorluğu tərəfindən təsdiqlənib.  

 

Partlayıcı qurğunun naməlum şəxsin üzərində olduğu bildirilir. Yerli KİV-lər partlayış törədən şəxsin terrorçu-kamikadze olduğunu iddia edirlər.  Partlayışın kassalardan birinin qarşısında baş verdiyi bildirilir. İnsident nəticəsində xəsarət alan olmayıb. Vağzalda patrul çəkən hərbçilər operativ reaksiya verərək, həmin şəxsi zərərsizləşdiriblər.

 

Xatırladaq ki, 2016-cə ilin martında Brüssel aeroportu iki, metrosunda isə bir partlayış törədilib. Nəticədə 32 nəfər ölüb, 300-dən çox insan yaralanıb.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277459

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR