Bakı. Trend:
İordan çayının qərb sahilində fələstinli İsrail hərbçilərinin üstünə bıçaqla hücum edib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ordunun mətbuat xidməti xəbər verib.
Məlumata görə, hücum edən şəxs cavab atəşi ilə öldürülüb.
İsrail hərbiçiləri arasında xəsarət alan olmayıb.