"Qarabağ" Rusiya təmsilçisi ilə bacarmadı

"Qarabağ" Avstriyadakı təlim-məşq toplanışını davam etdirir.

Metbuat.az-ın məlumatına görə, Ağdam təmsilçisi toplanış çərçivəsində ilk yoxlama görüşünü keçirib. Qurban Qurbanovun yetirmələri Rusiyanın "Axmat" klubu ilə üz-üzə gəlib.

Matç "Axmat"ın qələbəsiylə yekunlaşıb. Çeçenistan təmsilçisi minimal hesabla qalib gəlib. Ravanellinin vurduğu qol oyunda yeganə olub.

20 iyun

“Qarabağ” – “Axmat” - 0:1

Qol: Ravanelli, 88


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR