Dolu Goranboyun kəndlərinə ciddi ziyan vurub

Dolu Goranboyun kəndlərinə ciddi ziyan vurub
01:57 21 İyun 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy. 21 iyun. REPORT.AZ/ Goranboy rayonuna dolu yağıb.
"Report"un Qərb bürosuna məlumatına görə, rayonun Safıkürd, Tatarlı kəndlərinə iri buz parçaları yağıb.
Yerli sakinlərin sözlərinə görə, yağıntı əvvəl dolu, ardından leysan yağışa çevrilib. Təbiət hadisəsi zamanı əsasən meyvə ağacları ziyan çəkib.
Leysan yağış küləklə müşahidə olunduğundan kəndlərə elektrik enerjisinin verilişində də fasilələr yaranıb. Sakinlər güclü yağışdan sonra ərazidən axan Qaraçayda sululuğun artmasını müşahidə ediblər.
Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti davam edir.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/dolu-goranboyun-kendlerine-ziyan-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR