Lənkəranda naməlum şəxslər evə basqın edərək iki qadını bıçaqlayıb

Lənkəranda naməlum şəxslər evə basqın edərək iki qadını bıçaqlayıb
02:22 21 İyun 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 21 iyun. REPORT.AZ/ Lənkəranda naməlum şəxslər evə basqın ediblər.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Liman şəhərində baş verib.
Belə ki, naməlum cinayətkarlar evə basqın edərək Nəcəfova Aidə Əsəd qızı və Nəcəfova İlahə Təvəkkül qızına kürək və qol nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri yetiriblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, yaralılardan biri 40, digəri 60 yaşındadır. Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və əməliyyat ediliblər.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-namelum-sexsler-eve-basqin-ederek-iki-qadini-bicaqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR