Sabirabaddaq ağır yol qəzası: 2 ölü

Sabirabaddaq ağır yol qəzası: 2 ölü
02:36 21 İyun 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Sabirabad rayonu, Nizami kəndi ərazisində "VAZ" markalı minik avtomobilinin "Mercedes" markalı yük avtomobiliylə toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonu, Nizami kəndi ərazisində "VAZ" markalı minik avtomobilinin "Mercedes" markalı yük avtomobiliylə toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1958-ci il təvəllüdlü Aslanov Həsənxan Hüseynxan oğlunun və 1989-cu il təvəllüdlü Aslanov Dəyanət Həsənxan oğlunun cəsədlərini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 22:25-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2768894.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR