Belçika vağzalında baş vermiş insident terror aktı kimi qiymətləndirilib

Belçika vağzalında baş vermiş insident terror aktı kimi qiymətləndirilib
03:02 21 İyun 2017
55 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Belçikanın Federal Prokurorluğu Brüsselin vağzalında baş vermiş insidenti terror aktı kimi qiymətləndirib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla bağlı prokurorluğun rəsmisi Erik Van der Sipt bildirib.
"Bu insident terror aktı kimi qiymətləndirilir" – deyə prokurorluğun nümayəndəsi qeyd edib.
Qeyd edək ki, Belçika polisi mərkəzi vağzalda kamikadzeni zərərsizləşdirib. Yerli mətbuat Belçika hərbçilərinin vağzalda naməlum kişini güllələdiklərini bildiriblər. Məlumata görə, onun üzərində partladıcı kəmər olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/belcika-vagzalinda-bas-vermis-insident-terror-akti-kimi-qiymetlendirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR