Bakıda avtomobil 76 yaşlı qadını vurub

Bakıda avtomobil 76 yaşlı qadını vurub
04:42 21 İyun 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Bakıda avtomobil piyadanı vurub.
"Report" xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
Belə ki, Buzovna qəsəbəsində 1941-ci il təvəllüdlü Şəmidova Fatma Bağır qızı yolun kənarı ilə hərəkət edən zaman onu yük avtomobil vurub. Nəticədə F.Şəmidova xəsarət alıb.
Hadisəni törətmiş sürücü yaralını xəstəxanaya yerləşdirib. Sürücünün izahatı polis əməkdaşları tərəfindən alınıb.
Fakt araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-avtomobil-76-yasli-qadini-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR