Vəzifəli şəxslər pambıq və tütün istehsalçılarına subsidiyanın təyinatı üzrə verilməməsinə görə məsuliyyət daşıyacaqlar

Vəzifəli şəxslər pambıq və tütün istehsalçılarına subsidiyanın təyinatı üzrə verilməməsinə görə məsuliyyət daşıyacaqlar
06:32 21 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Nazirlər Kabineti “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”na dəyişiklik edib.
"Report"un məlumatına görə, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.
“Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”na edilmiş dəyişikliyə görə, istehsalçılara dövlət büdcəsindən ayrılmış vəsait hesabına subsidiyanın təyinatı üzrə verilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyacaqlar.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/vezifeli-sexsler-pambiq-ve-tutun-istehsalcilarina-subsidiyanin-teyinati-uzre-verilmemesine-gore-mes

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR