"Real" Mbappe və Donnarumma ilə maraqlanır

"Real" Mbappe və Donnarumma ilə maraqlanır
07:37 21 İyun 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

"Real" transfer etmək istədiyi futbolçuların adını açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Peres "Monako"nun hücumçusu Kilian Mbappe və "Milan"ın qapıçısı Canluici Donnarumma ilə maraqlandıqlarını bildirib: "Mbappenin 16 yaşından Zidan onu izləyir və çox bəyənir. O vaxt Mbappeni yaşının azlığına görə transfer etməmişdik.  Ən yaxşı futbolçulardan biri olacaq. Donnarumma ilə də maraqlanırıq. Amma hansı işlər gördüyümüzü söyləməyəcəm".

F.Peres qapıçıları Keylor Navasın yerinə "Mançester Yunayted"in qolkiperi David de Xeanı transfer edəcəkləri barədə xəbərləri isə təkzib edib: "De Xea ilə danışıqlarımız olmayıb. İki il öncə onunla transferlə bağlı problemimiz oldu. Sonradan onunla görüşmədik. Navası çox bəyənirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR