Rumıniya parlamenti hökumətə etimad məsələsini müzakirə edəcək

Rumıniya parlamenti hökumətə etimad məsələsini müzakirə edəcək
07:52 21 İyun 2017
44 Dünya
Ölkə mətbuatı
A- A+

Buxarest. 21 iyun. REPORT.AZ/ Bu gün Rumıniya parlamentində ölkənin baş naziri Sorin Qrindyanu hökumətinə qarşı etimadsızlıq məsələsi müzakirə olunacaq. 
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, iyunun 18-də parlamentin plenar iclasında bununla bağlı qərar qəbul edilib.
Belə ki, hakim koalisiya – “Sosial Demokrat Partiyası” (SDP) və “Liberal və Demokratlar Alyansı”nı (LDA) təmsil edən 223 deputat bu təşəbbüsə imza atıb. Ölkə qanunvericiliyinə görə, hökumətə etimadsızlıq göstərilməsi üçün 466 yerlik ikipalatalı parlamentin 233 üzvü təklifin lehinə səs verməlidir.
Qeyd edək ki, iyunun 14-də SDP-nin icraiyyə komitəsinin iclasında partiya baş nazir kabinetinin qarşıya qoyulan proqramları yerinə yetirməməkdə (qeyri-qənaətbəxş) günahlandıraraq ötən ilin sonunda qurulan hökumətə dəstək verməkdən imtina edib. Nəticədə eyni gündə hökumətin 27 üzvündən 25-i istefa verərək baş nazirin də istefasını tələb edib. Baş nazir isə öz növbəsində bildirib ki, ölkə prezidenti Klaus Yohannis SDP-dən yeni namizədi təsdiqlədikdən sonra istefa verəcək. Buna cavab olaraq iyunun 16-da baş nazir S. Qrindyanu partiyanın yekdil qərarı ilə SDP-nin sıralarından xaric edilib.
Xatırladaq ki, Rumıniya parlamentində hökumətə qarşı etimad məsələsi son 6 ayda müzakirəyə çıxarılan ikinci belə haldır. Bu ilin fevral ayının 8-də müxalifətdən olan Milli Liberal Partiyası və eləcə də "Rumıniyanı Qoru" Birliyinin deputatları tərəfindən Sorin Qrindyanu hökumətinə etimadsızlıq məsələsi səsə qoyulub. Lakin səsvermə zamanı hökumətin istefaya göndərilməsi üçün tələb olunan 233 səs toplanmayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ruminiya-parlamenti-hokumete-etimad-meselesini-muzakire-edecekquer

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR