Tovuzda güclü yağış evlərə ziyan vurub - FOTO

Tovuzda güclü yağış evlərə ziyan vurub - FOTO
08:12 21 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuzda yağan güclü yağış bir sıra fəsadlar törədib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ən çox zərər rayonun Əlimərdanlı kəndində olub. Belə ki, iyunun 10-da yağan dolu zamanı dam örtükləri sıradan çıxan evlərə bu gün yağan yağış zamanı su dolub. Mənzilləri sel suları basdığından sakinlər çöldə gecələməli olublar. Rayonun Xatınlı, Qaraxanlı, Qədirli və Düz Cırdaxan kəndlərində də bəzi evlər yağış suları altında qalıb.

Rayon icra hakimiyyəti aparatından vəziyyətdən xəbərdar olduqlarını, doludan zərər çəkən bütün evlərin qeydiyyata alındığı bildirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/556175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR