Azərbaycanda evə basqın edilib, 63 yaşlı qadın qətlə yetirilib, qızı yaralanıb

Azərbaycanda evə basqın edilib, 63 yaşlı qadın qətlə yetirilib, qızı yaralanıb
08:22 21 İyun 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda naməlum şəxslər evə basqın edib, qadın qətlə yetirilib, qızı yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Liman şəhərində qeydə alınıb. Liman şəhər sakinləri  63 yaşlı Nəcəfova Arifə Əsəd qızı və 40 yaşlı Nəcəfova İlahə Təvəkkül qızı çoxsaylı bıçaq yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əməliyyata götürülən Arifə Nəcəfova həkimlərin səylərinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Hazırda İlahə Nəcəfovanın əməliyyatı davam etdirilir.
 
Hadisəni törədən şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/556178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR